AZ   |   RU
Üçüncü Sineviziyon Beynəlxalq Film Festivalının qapanış mərasimi keçirilib - FOTO

Üçüncü Sineviziyon Beynəlxalq Film Festivalı gerçəkləşib Şimali Kipr Türk Sinema Televiziya Dərnəyinin təşəbbüsü, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəstəyi ilə “3 Ölkə Tək Festival” başlığı ilə keçirilən festivalın qapanış mərasimi olub. Açılış Azərbaycan və Türkiyə dövlət marşları ilə başlayıb. Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən verilən məlumata əsasən, Festivala ümumilikdən 50-dən çox ölkədən, 1600 qısa metrajlı film daxil olub. Festivalın juri üzvləri böyük diqqətlə filimləri izləyib və öz rəylərini bildiriblər.

Açılışda çıxış edən diaspor təşkilatının sədri Orxan Həsənoğlu bildirib ki, bu il üç ölkəni Şimali Kipr Türk Respublikası, Türkiyə Respublikası və Azərbaycan Respublikasının təmsil olunduğu Festival “3 Ölkə Tək Festival” başlığı ilə həyata keçirilib. Festivala bu qədər yüksək marağın olması həmçinin ondan xəbər verir ki, ölkələrimizə dünya kino sektorunda böyük maraq var.

Natiq bildirib ki: “Festivalın qapanış mərasiminin sentyabr ayına təsadüf etməsi bizi sevindirir. 2020-ci il sentyabr xalqımız üçün olduqca əhəmiyyətli tarixi hadisələrin başlanğıc nöqtəsidir”. Həsənoğlu vurğulayıb ki: “Azərbaycan xalqı və onun prezidenti İlham Əliyev 30 ilə yaxın, ümumdünya ictimaiyyəti qarşısında işğal olunmuş torpaqlarımıza ədalət istəyib. Azərbaycan öz sülh məramlı siyasətini davam etdirib. Amma bu xoş məramlı siyasət işğal olunmuş torpaqlarımızın azad olunmasına töhfə verməyib. Azərbaycan xalqı öz ali baş komandanının iradəsi ilə torpaqlarını azad etmək üçün ədalət müharibəsinə başlayıb. Qısa zamanda ölkəmiz düşman işğalında olan torpaqlarını azad edib. Bu xalqımızın tarixində mühüm əhəmiyyətli hadisədir. Biz bu günlərdə Zəfər Bayramını qeyd edirik. Qardaş Şimali Kipr Türk Respublikasınında beynəlxalq səviyyəli problemlərinin həllini arzulayırıq”. Tədbirin təşkilati dəstəkçilərindən biri olan Lefkoşa Türk Bələdiyyəsinin sədri Məhmət Harmancı çıxış edib. O bildirib ki: “bu festivalın Lefkoşa şəhərində baş tutası səbəbindən olduqca xoşbəxtik”.

Harmancı, xüsusi ilə vurğulayıb ki: “Azərbaycanın zəfər eldə etməsi qardaş Şimali Kipr xalqınıda sevindirir. Eyni zamanda Şimali Kipr Türk Respublikasının problemlərinin həllində də beynəlxalq qurumlardan ədalət gözləyirik. Uzun illərdir xüsusi çərçivədə saxlanılan Şimali Kipr xalqı beynəlxalq əlaqələrini qurmalı və dünya dövlətləri arasında öz layiqli yerini almalıdır”.

Festivalın sponsoru olan Kıbrıs-Amerikan Universitetinin rektoru, Professor Gökçə Keçəçi çıxış edib. Rektor bildirib ki, Universitet olaraq büynəlxalq bir projedə yer almaq onlar üçün əhəmiyyətlidir. Sənəti və sənətkarı dəstəkləyən bir elmi mühit formalaşdırmaqda maraqlıdırlar. Üç qardaş ölkənin bir layihədə birləşməsi sevindirici haldır. Yaxın gələcəkdə bu kimi layihələrdə yer almaq arzusundadırlar.  Film Festivalına təqdim olunan qısa metrajlı filimlərin birincisi olan, yönətmən Məhmət Köprüyə ait Qoca Yörüğün Toxumları filminin təqdimatı olub. İzləyicilər böyük maraqla filmi izləyiblər. Sonda təşkilatçılar və qalib filmin yönətməninə xatirə plaketləri təqdim olunub.


  • 27-09-2021, 16:38