AZ   |   RU
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Missiya.Az
xəbər verir ki, sükutla əlaqədar ölkə ərazisində bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılıb.

Qeyd edək ki, bir il əvvəl bu gün Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azad olunmasl uğrunda əks-hücum əməliyyatlarına başlayıb. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. 

Vətən müharibəsi nəticəsində 2914 hərbi qulluqçumuz şəhid olub. Bundan başqa, erməni silahlı birləşmələrinin Azərbaycanın müxtəlif ərazilərində dinc əhaliyə qarşı törətdiyi cinaytlər nəticəsində 94 mülki şəxs şəhid olub.

Dövlət başçısının sərəncamları ilə, sentyabrın 27-si ölkədə Anım Günü, noyabrın 8-i isə Zəfər Günü olaraq qeyd edilir.






  • 27-09-2021, 12:24