AZ   |   RU
“Ukrayna döyüş meydanında təşəbbüsü itirib” - Rusiya müdafiə naziri

“Döyüş meydanında təşəbbüsdən məhrum olan Kiyev rejimi Qərb sponsorlarının köməyi ilə mülki infrastruktura zərbələr endirməklə Rusiya Federasiyasına ziyan vurmaq qabiliyyətini nümayiş etdirir”. 


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Almatıda KTMT müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib.


O, bildirib ki, Ukrayna İsveçrədə keçiriləcək konfrans ərəfəsində zərbələrin intensivliyi artır.


"Biz bu hərəkətlərin intensivliyinin davamlı olaraq artdığını görürük”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 31-05-2024, 12:02