AZ   |   RU
“Ayrılan maliyyə vəsaitləri bu bölgənin dirçəldilməsi üçün ciddi addım olacaq” - Elman Nəsirov



“Büdcənin gəlir hissəsində dəyişikliklərin olması diqqətdən yayınmır. Proqnozlar təsdiqini tapıb”. 


Missiya.Az xəbər verir ki, bunu millət vəkili Elman Nəsirov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. 


O, bildirib ki, artıq 2024-cü ilin büdcəsinin ilkin versiyasında 6,4 faiz gəlirlərin artması müşahidə olunur: “Bu gün bizim üçün ən önəmli məsələ müdafiə və təhlükəsizlik xərcləri ilə bağlıdır. Ermənistandakı revanşizm və iğtişaşlar fonunda bizim üçün təhlkəsizlik və müdafiə məsələsi kifayət qədər əhəmiyyət daşıyır. Eyni zamanda bizim üçün strateji əhəmiyyətli daha bir məsələ işğaldan azad olunmuş ərazilərdə yenidənqurma ilə bağlıdır ki, bunun üçün 12 milyard manat vəsait ayrılıb. Heç şübhəsiz ki ayrılan maliyyə vəsaitləri bu bölgənin dirçəldilməsi üçün ciddi addım olacaq”.



Missiya.Az




  • 31-05-2024, 12:01