AZ   |   RU
Ərdoğan Suriyaya yeni hərbi müdaxilə edəcəyinin siqnalını verdi - KİV

Ötən gün İzmir Şəhərində “EFES-2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri dünya mətbuatında geniş əks-səda doğurub.


Missiya.Az xəbər verir ki, mənbələr Türkiyənin Suriyaya yeni hərbi müdaxilə edəcəyinin siqnalını verdiyini yazıb.


"Keçmişdə Suriyada hərbi əməliyyatlara başlayan Türkiyə həmin ölkədə PKK/YPG terrorçularının bu addımını öz sərhədlərindən kənarda müstəqil inzibati varlıq yaratmaq yolunda bir addım kimi qiymətləndirir. Planlaşdırılan seçkilər həm Suriya, həm də Türkiyə üçün hədəfdir”, - deyə vurğulanıb.


Qeyd olunub ki, Ərdoğan bunu Türkiyənin ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib.



Daşqın Həsənov
Missiya.Az



  • 31-05-2024, 11:51