AZ   |   RU
Hakan Fidan Blinkenlə Cənubi Qafqazı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Praqada ABŞ dövlət katibi Entoni Blinkenlə Cənubi Qafqazda sülh prosesini müzakirə edib.


Missiya.Az xəbər verir ki, bu barədə amerikalı diplomat özünün “X” sosial media hesabında məlumat yayıb.


Bildirilir ki, tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyəti və Qəzzada girovların azad edilməsini təmin edəcək atəşkəsə nail olmaq səylərini də müzakirə edib.


Qeyd edək ki, görüş NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutub.



Daşqın Həsənov
Missiya.Az



  • 31-05-2024, 11:39