- 29-05-2024, 20:09
SON XƏBƏRLƏR
Bu gün, 21:19 |
Bu gün, 19:49 |
Bu gün, 18:21 |
Bu gün, 17:51 |
Bu gün, 17:49 |
Bu gün, 16:40 |
Bu gün, 15:58 |
Bu gün, 15:37 |
Bu gün, 14:43 |
Bu gün, 13:34 |
Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Missiya.Az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi öz adımdan, həmçinin Slovakiya Respublikasının vətəndaşları adından təbrik edirəm.
Bu yaxınlarda ölkənizə rəsmi səfərim zamanı səmimi qəbula və səmərəli müzakirələrimizə görə Sizə təşəkkür edirəm. Birgə səylərimizin əməkdaşlığımızın daha da dərinləşməsinə və yeni sahələrdə genişlənməsinə töhfə verməsi məni ürəkdən sevindirir. Əminəm ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və xalqlarımıza rifah gətirəcəkdir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək bu yaxınlarda mənə qarşı törədilmiş sui-qəsdlə əlaqədar dəstəyinizə görə şəxsən Sizə minnətdarlığımı bildirirəm. Mən yalnız Azərbaycan Respublikasının ən yüksək səviyyəli nümayəndələrinə deyil, həmçinin mənə və bütün Slovakiya xalqına həmrəylik ifadə edən Azərbaycan vətəndaşlarına ürəkdən təşəkkür edirəm.
İnanıram ki, səhhətim Sizi Slovakiyada şəxsən qarşılamağa imkan verəcək.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bu gün, 21:19 |
Bu gün, 19:49 |
Bu gün, 18:21 |
Bu gün, 17:51 |
Bu gün, 17:49 |
Bu gün, 16:40 |
Bu gün, 15:58 |
Bu gün, 15:37 |
Bu gün, 14:43 |
Bu gün, 13:34 |
![]() |
Ərdoğan Xankəndidən qayıdıb "Zəngəzur dəhlizi"ndən danışdı - "Region üçün yeni imkanlar açılacaq" |
![]() |
Ərdoğan Moskva ilə Bakı arasındakı gərginlikdən danışdı - "Müzakirə etmişik" |
![]() |
Fərid Qayıbov UNESCAP-ın İcraçı katibini qəbul edib |
![]() |
Moskvada “Sadovod” və “Food City” bazarları da hədəfə alındı - Baş Prokurora müraciət |
![]() |
ABŞ-də fəlakət - Yay düşərgəsi su altında qaldı |
![]() |
Ermənistanda Seyran Ohanyanın həbsinə hazırlıq gedir - Prokurorluq parlamentə müraciət etdi |
![]() |
Ərdoğan Xankəndidə Pezeşkianla görüşüb |
![]() |
İran İƏT-in növbəti sammitinə ev sahibliyi etməyə hazırdır |
![]() |
“Sıfır Tullantı” layihəsi gücümüzə güc qatır - Türkiyə lideri |
![]() |
Ərdoğan İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib |
![]() |
“İsrailin təcavüzkar siyasəti regionda sülh və sabitliyə təhdiddir” - Ərdoğan |