“Ermənistan müxalifətinin bütün hesablamaları ondan ibarətdir ki, onlar kifayət qədər ictimai təzyiq yarada biləcəklər ki, hakim “Mülki Müqavilə” partiyasını Konstitusiyanı dəyişdirməyə və ikili vətəndaşlıq qadağasını aradan qaldırmağa məcbur etsinlər. Lakin bu ssenari real hesab edilmir”.
Missiya.Az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib.
O, diqqətə çatdırıb ki, müxalifətin “Mənim namusum” fraksiyasından çıxan deputat İşxan Zakaryan impiçment qanun layihəsini imzalasa belə, küçədəki müxalifət 18 hakim deputatı onların tərəfinə keçib. Nikol Paşinyana impiçment elan etməyə məcbur edə bilməyəcək: “Müxalifətin kadr potensialı yoxdur ki, bütün Ermənistanı iflic etsin. Onlar hesab edirlər ki, əgər 2018-ci ildə Nikol Paşinyan bütün Ermənistanı iflic vəziyyətə salıb Serj Sarkisyanın istefasına nail ola bilibsə, onlar da buna nail olacaqlar.
Ancaq kontekstlər çox fərqlidir. Paşinyan 20 il ərzində yığılan inciklik enerjisindən keçmiş hakimiyyətə qarşı istifadə edib. Bəli, çoxları Paşinyandan narazıdır, lakin onlar keçmiş hakimiyyətin bərpasını istəmirlər.
Baqrat Qalstanyan və digər müxalif qüvvələr bunu vacib amil hesab etmədilər. Əksər ermənilər anlayır ki, bu hərəkatı Robert Köçəryan və Serj Sarkisyan təşkil edib. Yəni Baqrat Qalstanyan baş nazir olarsa, Ermənistanın keçmiş hakimiyyəti geri gələcək.
Onların 20 ildən artıq hakimiyyəti Ermənistana böyük iztirablar gətirdi və əksəriyyət onların qayıtmasını istəmədi. Baqrat Qalstanyan müstəqil oyunçu deyil. O, baş nazir olmaq, keçid hökuməti qurmaq və yeni parlament seçkiləri təşkil etmək istəyir.
Seçki saxtakarlığına böyük şübhələr var, bunsuz Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi qüvvələr seçkilərdə qalib gələ bilməz.
Bu hərəkatın ümumerməni əhatəsi və dəstəyi yoxdur. Mitinqlərdə iştirak etmək üçün Qarabağdan gəlmiş insanları gətirirlər.
Onlar da əksəri separatçı və revanşist olduqları üçün inanırlar ki, müxalifət qalib gəlsə, Qarabağa qayıdacaqlar. Təbii ki, bu manipulyasiyadır. 23 min nəfərlik mitinqinçinin yarısı Qarabağdan gedənlər olsa belə, bu o deməkdir ki, Ermənistana köçən Qarabağ ermənilərinin cəmi 10 faizi müxalifətin hərəkətlərini dəstəkləyir”.
Missiya.Az