AZ   |   RU
İsrail ordusu HƏMAS-ın daha iki komandirini öldürüb

İsrailin ötən gecə Rəfaha hava hücumu nəticəsində HƏMAS-ın iki komandiri öldürülüb.


Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.


Qeyd olunub ki, İordan çayının qərb sahilindəki qərargahın rəhbəri Yasin Rabia və bölmənin digər yüksək rütbəli üzvü Xalid Nəccar Rəfahın şimal-qərbindəki Tel Sultan bölgəsinə endirilən zərbə nəticəsində öldürülüb. 


İsrail ordusu zərbənin dəqiq kəşfiyyat məlumatı əsasında həyata keçirildiyini bildirib.



Daşqın Həsənov
Missiya.Az



  • 27-05-2024, 10:47