AZ   |   RU
Həftəsonu ölkəmizdə hava necə keçəcək? - AÇIQLAMA


Son günlər ölkəmizdə qeyri-sabit hava şəraiti hökm sürürdü. Bəs görəsən bu həftə sonu – may ayının 25-26-da hava necə keçəcək?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Missiya.Az-a açıqlamasında bildirib ki, ayın 25-i və 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir:

“Əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 22 dərəcə isti olacaq. Bölgələrdə 26-sı axşamadək yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Şərq küləyi 25-də bəzi yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 17-22, dağlıq ərazilərdə isə 10 dərəcəyədək isti olacaq”.



Zərintac Mayisqızı
Missiya.Az





  • 24-05-2024, 13:33