AZ   |   RU
Hansı sabunlar zərərsizdir: maye yoxsa digəri?

 

Əllərimizi yumaq və ya çimərkən istifadə etmək üçün müxtəlif gigiyena məhlullarından istifadə edirik. Bu gigiyna vasitələri sabunlar, duş gelləri, maye sabunlardır. Yaxşı, bunlardan hansı istifadə üçün daha yararlı və sağlam hesab olunur?


İsveçrənin ETH Sürix Universitetinin Ətraf Mühit Mühəndisliyi İnstitutunun apardığı araşdırmaya görə, bu tipdə istehsal olunan ənənəvi çubuq sabunlar maye sabunlarla müqayisədə karbon emissiyası baxımından üç dəfə daha ekoloji cəhətdən təmizdir. 


Ancaq demək lazımdır ki, bu sabun dəri üçün çox da sağlam deyil. Gözəllik məhsulları üçün reseptlər hazırlayan alimlərin peşəkar birliyi olan Kosmetik Kimyaçılar Cəmiyyətinin prezidenti Tony O'Lenick sabunun təbii və davamlı olduğunu deyir və əlavə edir: "Bu tip sabun dərini qurudur". 


70-80-ci illərdən bəri Amerika sabun bazarının demək olar ki, yarısına hakim olan maye əl sabunu və duş gelinə bu səbəbdən üstünlük verilir. Belə məhsullarda çox vaxt dərini nəmləndirən əlavə maddələr olur və bir çox brendlər öz reklamlarında məhsullarının dəriyə qulluq faydalarını vurğulayırlar. Lakin son illərdə bu vəziyyət dəyişməyə başlayıb. Bir çox çubuq sabun markaları öz məhsullarına maye sabunlara əlavə edilən süni, neft mənşəli inqrediyentlər və nəmləndirici maddələr əlavə etməyə başlayıblar. 


Bütün sabunlar dəridən kir və yağları təmizləmək üçün "səthi aktiv maddələr" adlanan molekullardan istifadə edir. Bu maddələr suyun kirdən yuyulmasına kömək edir. Bununla belə, belə səthi aktiv maddələrin istehsalının iki yolu var. Ənənəvi üsulda yağ və lye kimi qələvi materialın birləşməsi kifayətdir. Ənənəvi sabunlar da bu üsulla istehsal olunur. Lakin 1940-cı illərdə kosmetik şirkətlər bu səthi aktiv maddələrin neftdən əldə edilməsinin daha asan olduğunu başa düşdülər. 


Sabununuzun çubuq və ya maye, təbii və ya süni olmasından asılı olmayaraq, onun karbon izinizə böyük təsiri olmayacaq. Ancaq milyardlarla insanın ildə minlərlə dəfə əllərini yuduğunu və ya duş qəbul etdiyini nəzərə alsaq, daha ekoloji cəhətdən təmiz bir həll yoluna keçmək daha məntiqli görünür. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 24-05-2024, 13:03