AZ   |   RU
Çingiz Mustafayevdən toyu ilə bağlı paylaşım

 

Müğənni Çingiz Mustafayev toyundan sonra ilk dəfə paylaşım edib.

Missiya.Az xəbər verir ki, sənətçi "İnstagram" hesabında izləyicilərinə təşəkkür edib.

“Salam, dəyərli izləyicilərim. Öncə bütün təbrikləriniz və mesajlarınız üçün hər birinizə təşəkkür edirəm. Allah ürəyinizə görə versin. Gözəl sözlərinizə görə çox sağ olun”,-deyə o videoda qeyd edib.

Xatırladaq ki, müğənni mayın 19-da Yana Nijnik adlı xanımla ailə həyatı qurub.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 23-05-2024, 16:29