AZ   |   RU
Şabranda Birinci Qarabağ müharibəsinin şəhidi Cəlil Şaxayevlə vida mərasimi keçirilir


Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəlil İsa oğlu Şaxayevin meyitinin qalıqları Şabran şəhərinə gətirilib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Cəlil İsa oğlu Şaxayev 1973-ci il dekabrın 30-da Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

C.Şaxayev Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.




  • 23-05-2024, 14:12