AZ   |   RU
"Azərbaycan ötən il xaricdən borc almayıb" - Samir Şərifov

2023-cü ildə Azərbaycanda xarici borclanma ilə bağlı 750 milyon manat ekvivalentində limit müəyyən edilsə də, borc cəlb edilməyib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Ötən il daxili borclanma ilə bağlı limit isə 1,8 milyard manat müəyyən edilmişdi, bunun da 1,7 milyard manatından istifadə olunub", - deyə o qeyd edib.




  • 23-05-2024, 12:24