AZ   |   RU
İran hökumətindən ilginc bəyanat - “Rəisi millət naminə canını fəda etdi”


İran hökuməti prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı təcili bəyanat yayıb.


Missiya.Az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat verib.


İranlı nazirlər faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verməyəcəklərini bildiriblər.


Nazirlər Kabineti həmçinin Rəisinin dövlət başçısının səfiri kimi rolunu qiymətləndirib:


“O, zəhmətkeş və yorulmaz, ölkənin inkişafı və tərəqqisi yolunda ancaq böyük İran xalqına xidmət etmişdir. O, vədinə sadiq qaldı və canını millətə qurban verdi”, - deyə vurğulanıb.


Məlumata görə, İranın birinci vitse-prezidenti Məhəmməd Moxber ölkədəki seçkilərə qədər prezidentin səlahiyyətlərini icra edəcək.


Qeyd edək ki, ötən gün helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin ölümünün arxasında sui-qəsd ehtimalının ola biləcəyi ilə bağlı məlumatlar dolaşırdı. Lakin İran hökuməti rəsmi olaraq qeyri-sabit hava şəraiti ilə əlaqədar helikopterin qəzaya uğradığını bildirmişdi. Tehran höküməti isə gün boyu səssizliyini qoruyaraq, yalnız helikopterin qalıqlarının tapılmasından və prezidentin ölümü təsdiqlənəndən sonra bəyanat yayaraq bildirdi ki, “Rəisi millət naminə canını fəda etdi”. Sözsüz ki, bəyanatdakı bu söz diqqət cəlb edir.Hansı səbəbdən bu fikirlərin səsələndirildiyi haqqında isə nəsə demək olmaz. Gün keçdikcə isə bu qəza ilə bağlı dəqiq məlumatlar ortaya çıxacaq.



Daşqın Həsənov
Missiya.Az

 




  • 20-05-2024, 10:54