Müxtəlif məzmunlu hesabatların hazırlanması həm də ona görə böyük məsuliyyət tələb edir ki, bu işi görməyə başlayanda ciddi, hərtərəfli və obyektiv araşdırma aparmaq vacibdir. Çox təəssüf nüfuzlu olduğunu iddia edən bəzi xarici qurumlar qərəzdən irəli gələn elə böyük naşılığa yol verirlər, hədəfə aldıqları obyekt öz yoluna davam edir, ancaq həmin “hesabatçılar iflasa uğrayırlar. Belə iflas yaşayan qurumladan biri də Dünya Bankının “Doing Business” nəşridir. Dünya Bankı hesabatların yayılmasını dayandırmaq qərarı verib. Nəhayət Azərbaycanın “hesbatlarınız saxtadır” haqlı ittihamı ədalətin təntənəsi ilə yekunlaşdı. Dünya Bankı 2020-ci il avqustun 27-də hesabatının nəticələrinin saxtalaşdırıldığını etiraf etdi və yalnışlıqların aradan qaldırılması məqsədi ilə qurum tərəfindən kənar audit şirkəti (WilmerHale şirkəti) prosesə cəlb olundu, son 5 ilin sistematik qiymətləndirilməsi aparıldı. Bu barədə Komersant.ru saytında da geniş məqalə dərc olunub.
https://www.worldbank.org/en/news/statement/2020/08/27/doing-business---data-irregularities-statement
https://www.kommersant.ru/doc/4988070Artıq dünya mətbuatı bu hadisəni müxtəlif prizmalardan şərh etməyə başlayıb. Onlar aparılan diaqnostik qiymətləndirmələr zamanı bank rəhbərliyinin bəzi ölkələrin (burada Çin nəzərdə tutulur) xeyrinə nəticələrin süni formada yüksəldilməsinə göstəriş verdiyini diqqətə çatdırırlar. Xarici media hesabtalarda Azərbaycan əleyhinə də böhtanların da əks olunduğunu bildirilər. Aparıcı dünya mətbu orqanları Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır.
https://www.reuters.com/business/sustainable-business/world-bank-kills-business-climate-report-after-ethics-probe-cites-undue-pressure-2021-09-16/?fbclid=IwAR0uc-DQCLsmDy77qNFKUKQdBy4f1xZ9TAjw6SOLzJEbPDbjfiOXX2V_SEs Xüsusi qeyd olunmalı məqam ondan ibarətdir ki, məlumatların doğru əks olunmadğı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni şəkildə qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum olub. Ölkələrin islahatlarına rəğmən hesabat hazırlamağa borclu olan, ümumiyyətlə funksiyası daha çox bu müstəvidə fəaliyyət göstərməyə xidmət edən “Doing Business” Azərbaycanın islahatlarının hətta siyasi, hüquqi təsdiqini belə görməzdən gəlib.
Azərbaycana qarşı qərəzli münasibətin və ölkənin reytinqinin süni formada azaldılmasında hesabatın yaradıcılarından Simeon Dyankovun xüsusi neqativ rolu olduğu vurğulanır. Bolqar iqtisadçı. S.Dyankov London İqtisadiyyat Məktəbinin professorudur, 2013-2015-ci illərdə Rus İqtisadiyyat Məktəbinin rektoru olub, 51 yaşı var. Bu qısa bioqrafiyada London şəhərinin adı qaranlıq məqmlardan xəbər verə bilir. “İngilisin barmağı” ifadəsi insanların dilində yüz illərdir pis mənada işlənir. Böyük dövlətlərin az müddətdə sürətlə inkişaf dinamikasına qədəm qoyan digər ölkələrə qarşı daim əngəllər yaratması dünyanın açıq mənzərəsi fonunda dəfələrlə təsdiqlənib. İndi bolqar əsilli, ingilis düşüncəli Dyankov barmağı bu xəbis ənənəni davam etdirənlərdən biridir. Ədalətsə həmişə sonda zəfər çalır. Əslində bu şəxs böhtan xarakterli hesabatına görə məhz Azərbaycandan üzr istəməlidir. Aparılan araşdırmalar onu göstərir ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha öndə qərarlaşacaqdı.
https://documents1.worldbank.org/curated/en/569901608154479291/pdf/Management-Review-of-Data-Irregularities-in-the-Doing-Business-Reports-from-2016-to-2020-Verification-Report.pdfAudit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəlib.
https://documents1.worldbank.org/curated/en/569901608154479291/pdf/Management-Review-of-Data-Irregularities-in-the-Doing-Business-Reports-from-2016-to-2020-Verification-Report.pdf
“Doing Business” hesabatlarında bir sıra hallarda ölkələrə qərəzli yanaşılması barədə dünya mətbuatında daha öncə də fikirlər əks olunub. Adı çəkilən nəşrə mənsub olanlarsa “daş atıb, başlarını tuturdular ki, “onlar aydan arı, sudan durudurlar”. Buyurun, başlarını nə qədər gizlətsələr də atdıqları daş təplərinə enməyə yol tapdı, onlar üçün ay da batdı, sular da lilləndi. https://www.reuters.com/business/sustainable-business/world-bank-kills-business-climate-report-after-ethics-probe-cites-undue-pressure-2021-09-16/?fbclid=IwAR0uc-DQCLsmDy77qNFKUKQdBy4f1xZ9TAjw6SOLzJEbPDbjfiOXX2V_SEsNəşrin bağlanması və saxtalarlığın audit şirkəti – WilmerHale tərəfindən sübuta yetirilməsi ilə bağlı yayılan rəsmi məlumatda o da anons edilir ki, gələcəkdə Dünya Bankı tərəfindən biznes və investisiya mühitinin qiymətləndirilməsi məqsədi ilə yeni yanaşmalar əsasında metodologiyalar və qiymətləndirmələr aparılacaq. Əlbəttə, nəinki ümid, hətta tələb edirik: Başqa ölkələrin 300 ildə nail olduqları uğulara 30 ildə çatan Azərbaycanın inkişafından əndişələnməkdənsə, sədaqətini, bacarığını, gücünü, səmimiyyətini, sülhpərvərliyini dəfələrlə sübut edən ölkəmizlə yaxından əməkdaşlq edin. Belə münasibət Sizin daha çox xeyrinizədir.
Ceyhun Musaoğlu
Rupor.Az