AZ   |   RU
Aİ-dən “Avroviziya”da bayrağın qadağan edilməsinə reaksiya
 
Avropa İttifaqı Avroviziya təşkilatçılarının müsabiqənin finalı zamanı Aİ bayrağının nümayişinə qadağa qoyması qərarından təəssüfləndiyini bildirib. 


Missiya.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bildirib.


Onun sözlərinə görə, Avropa İttifaqı bu qərarla bağlı aydınlıq gətirmək niyyətindədir.


Mamer həmçinin vurğulayıb ki, Avropa Komissiyası səbəbləri müəyyən etmək niyyətindədir və gələcəkdə belə tədbirlərdə bayraqdan istifadə olunmasında israrlı olacaq.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 13-05-2024, 17:27