AZ   |   RU
Bu gün Dünya Psixoloqlar Günüdür

 

10 may tarixi bir çox ölkələrdə Dünya Psixoloqlar Günü kimi qeyd olunur.


Missiya.Az xatırladır ki, Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır.


Ümumiyyətlə, Psixologiya - “psixika haqqında elm” deməkdir. 


Psixologiya elminin predmeti mürəkkəb və çox cəhətlidir. Psixologiya elmi həm də fəaliyyət və ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanuna uyğunluqları və mexanizmləri haqqında elmdir. 


Qədimdən psixika haqqında iki təlim – materialist və idealist təlim vardır. Psixologiyanın bir elm kimi inkişafı əsasən materialist təlimin inkişafı ilə bağlı olmuşdur. 


Xatırladaq ki, ilk dəfə 2008-ci ildə qeyd olunan 10 may Psixoloqlar Günü hamı tərəfindən qəbul edilmiş bir gün olmasa da, hər il Türkiyədə və Şimali Kiprdə, eləcə də ölkəmizdə psixoloqlar və psixoloqların peşəkar təşkilatları tərəfindən qeyd olunur. 


Bu gün ali təhsil ocaqlarında da psixoloqların şagirdlərə təsiri olduqca böyükdür. Psixoloqlar şagirdlərə müsbət mənada düzgün yolda addımlamağı aşılayırlar. Onlar gündəlik fəaliyyətində zorakılıq, aqressiya, bullinq, kiberbullinq kimi halların qarşısını almağa çalışırlar. 


Bir sözlə, bu gün ölkəmizdə istənilən müəssisələrdə psixoloqların fəaliyyətinə böyük önəm verilir.


Biz də peşə bayramları münasibətilə bütün psixoloqları təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzulayırıq.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 10-05-2024, 10:06