AZ   |   RU
Azərbaycan pilotları İstanbul boğazı üzərində şou göstərib - VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində uçuşu həyata keçirib.

Missiya.Az xəbər verir ki, Azərbaycan pilotlarının uçuşu ilə bağlı görüntülər TEKNOFEST-in (Aerospace and Technology Festival) rəsmi “Twitter” hesabında paylaşılıb.

Azərbaycan və Türkiyə qırıcılarının uçuşu 21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl salamlama məqsədi ilə təşkil edilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində 21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bosfor səmasında salamlama uçuşu həyata keçirəcəyi ilə bağlı xəbər paylaşılmışdı. 

Elvin
Missiya.Az


  • 20-09-2021, 13:15