AZ   |   RU
NATO-nun təlimləri zamanı əsgərlər yaralanıb


İsveçdə NATO-nun "Swift Response" təlimi zamanı paraşütlə tullanma nəticəsində əsgərlər yaralanıb.

Missiya.Az
 xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ, Macarıstan və İtaliyadan ümumilikdə 11 hərbçi yaralanıb. Onlardan 9-u helikopterlə təxliyyə edilib, daha ikisi xəstəxanaya aparılıb. Zərərçəkənlərin sınıqları və digər xəsarətlərinin olduğu və həyatlarına təhlükə olmadığı qeyd edilir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 8-05-2024, 14:29