AZ   |   RU
"Aygün Bəyləri təhqir etməklə, musiqimizi təhqir etmiş oldun"- Səidə Sultan

 

“Gərək belə məqamlarda Azərbaycan musiqisini təhqir edənlərin cavabını verək".


Missiya.Az xəbər verir ki, bunu müğənni Səidə Sultan İnstaqram hesabında yazıb.


O qeyd edib ki, Aygün Bəylər Azərbaycan musiqisinin incilərindən biridir. 


"Sən Aygün Bəyləri təhqir etməklə, musiqimizi təhqir etmiş oldun. Hər kəs yerini bilsin. Lazım gələndə bir olub böyük sənətkarlara tərbiyəsizlik edənləri susdurmağa da hazırıq”, - deyə o bildirib. 


Qeyd edək ki, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəylər barəsində nalayiq ifadələr işlədib.


Leyla SƏMƏNDƏR
Missiya.Az





  • 8-05-2024, 11:56