AZ   |   RU
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR


Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Bu barədə Missiya.Az Report-a istinadən xəbər verir.

Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.




  • 7-05-2024, 17:27