AZ   |   RU
Vasitəçilərin səmərəsizliyi Bakı ilə danışıqlardan imtina üçün səbəb deyil - Paşinyan


“Vasitəçilərin səmərəsizliyi Azərbaycanla danışıqlardan imtina etmək üçün səbəb deyil”.

Missiya.Az 
"Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Bu mövqedən çıxış etməliyik ki, vasitəçilərdən heç biri Ermənistanın maraqlarını İrəvanın özündən çox təmin etməyə çalışmır. Lakin digər tərəfdən biz vasitəçilikdən imtina etmirik, çünki obyektiv, neytral və səmimi hesab etdiyimiz vasitəçilər var”, - baş nazir bildirib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 7-05-2024, 17:16