AZ   |   RU
Türkiyədə terrorçuların istifadə etdiyi 27 sığınacaq məhv edilib


Türkiyənin Tunceli şəhərində jandarmanın həyata keçirdiyi əməliyyatlar nəticəsində terrorçuların istifadə etdikləri 27 sığınacaq məhv edilib.

Missiya.Az 
xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, meşəlik və qayalıq ərazidə həyata keçirilən əməliyyatlara partlayıcı bomba tapmaq üzrə ixtisaslaşmış itlər, pilotsuz uçuş aparatları, zərbə helikopterləri və təxminən min nəfərlik şəxsi heyət cəlb olunub.

Həmçinin, həyata keçirilən axtarış tədbirləri nəticəsində 4 uzun lüləli tüfəng, 1 ov tüfəngi, 5 əldəqayırma partlayıcı və çox sayda sursat ələ keçirilib.


Zərintac Mayisqızı
Missiya.Az



  • 7-05-2024, 16:42