AZ   |   RU
Robert Fitso: İmkan olan kimi Qarabağa səfər etmək istərdim


İmkan olan kimi Qarabağa səfər etmək istərdim.

Missiya.Az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

O, Slovakiyanın Qarabağla bağlı təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan liderinə təşəkkür edib:

"Mən imkan düşən kimi oraya səfər etmək istərdim. Ümid edirəm ki, siz də tez zamanda Slovakiyaya səfər edəcəksiniz. Eyni zamanda enerji sahəsində əməkdaşlıqda da maraqlıyıq, kiçik aerodrom sahəsi ilə də maraqlanırıq".

"Cənab Prezident sizə uğurlar arzulayıram, Azərbaycan suveren ölkədir, siz ədalətsizliyə qarşı sinə gərirsiniz. Eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacağam. Azərbaycan nümunəvi ölkədir. Əməkdaşlığa görə təşəkkür edirəm!", - Baş nazir vurğulayıb.



  • 7-05-2024, 14:10