AZ   |   RU
“Delimitasiyadan imtina müharibəyə səbəb olacaq” - Paşinyan



“Bəzi qüvvələr Azərbaycan-Ermənistan sərhədinin Tavuş hissəsində delimitasiya və demarkasiyanın aparılmasını istəmirdilər”. 


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.



Onun sözlərinə görə, delimitasiyadan imtinanın qaçılmaz nəticəsi müharibə olacaq.



Paşinyan qeyd edib ki, delimitasiyaya son qoyulmasını tələb edən qüvvələr təbii ki, hansısa xarici dairələrin dəstəyi ilə bundan siyasi dəyişikliklər üçün istifadə etməyə çalışır.



Daşqın Həsənov




  • 7-05-2024, 13:41