AZ   |   RU
Qəzzada ölənlərin sayı 34 min 789-a yüksəlib

 

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 34 min 789-a yüksəlib. 


Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.


Açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 6 qırğın törətdiyi, hücumlarda daha 54 fələstinlinin həyatını itirdiyi, 96 fələstinlinin isə yaralandığı bildirilib. 


 Yaralıların sayının isə 78 min 204-ə yüksəldiyi qeyd olunub.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 7-05-2024, 12:14