AZ   |   RU
Fransa-İsveçrə münasibətlərində problem yaranıb
Fransa Prezidenti Emmanuel Makron noyabr ayında İsveçrəyə planlaşdırılan səfərini ləğv edib.

Missiya.Az
xəbər verir ki, bu barədə “Le Matin Dimanche” və “Sonntags Zeitung” nəşrləri məlumat yayıb.

E. Makronun belə qərar verməsinin səbəbi İsveçrənin Fransadan dəyəri 6 milyard dollardan çox olacaq “Rafale” tipli qırıcı təyyarələr almaqdan imtina etməsidir.

E. Makronun İsveçrə Prezidenti Qi Parmelan ilə görüşü üçün planlaşdırılan bu səfərə 6 ay hazırlıq görülüb. Ancaq İsveçrənin ordusu üçün Fransadan “Rafale” tipli qırıcı təyyarələr deyil, ABŞ-dan “F-35” qırıcı təyyarələri almağa qərar verməsindən sonra səfər ləğv olunub.

  • 19-09-2021, 20:03