AZ   |   RU
“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90%-i Ukraynanın hərbi ehtiyacları üçün istifadə olunacaq” - Şolts

“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin təxminən 90%-i Ukraynanın hərbi ehtiyacları üçün istifadə olunacaq”.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.



“Avropada Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə etmək istədiyimiz barədə konsensusumuz var. Bu, əhəmiyyətli bir məbləğdir və ildə bir neçə milyard dollar təşkil edir. Biz bu barədə razılığa gəldik və hazırda məsələ yekunlaşmaq üzrədir”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, Avropa İttifaqı da razılaşır ki, bu pul yalnız Aİ-də deyil, bütün dünyada silah almaq üçün istifadə oluna bilər.


Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ABŞ, Aİ və digər ölkələr Moskvaya qarşı sanksiyalar tətbiq edərək, Rusiya Mərkəzi Bankının və rus oliqarxlarının aktivlərini dondurub. Ötən il ABŞ Xəzinədarlığı rus oliqarxlarının və Rusiya Federasiyası Mərkəzi Bankının 330 milyard dollardan çox məbləğdə aktivlərinin bloklandığını elan edib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 7-05-2024, 11:25