AZ   |   RU
“Heydər Əliyev Fondu hər zaman insanların yanında olub”

May ayının sonunda ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun 20 illik yubileyi qeyd ediləcək. Heydər Əliyev Fondu hər zaman insanların yanında olub, qayğıya dəstəyə ehtiyacı olan insanlara dəstək göstərib.


Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.


O qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti ölkəmizin birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə çox böyük işlər, hümanitar aksiyalar həyata keçirilib. Vətən müharibəsində, pandemiya dövründə Heydər Əliyev Fondunun misilsiz xidmətlər göstərib. Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya Ədalət kampaniyası çərçivəsində mühüm layihələr icra olunub.   



Missiya.Az



  • 7-05-2024, 11:21