AZ   |   RU
Bodibildinq üzrə Avropa çempionu və komanda üzvləri Vətənə gəliblər


İspaniyanın Barselona şəhərində keçirilmiş bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov və komandanın digər üzvləri - Emin Çaqayev və Şükran Soltanov gecə saatlarında Vətənə qayıdıblar.

Missiya.Az 
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub.

Mərasimə idman ictimaiyyəti, media mənsubları, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri qatılıblar. “Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanın uğurudur. Milli komandamızın, Federasiyamızın rəhbəri Rauf müəllim, Cəmil bəy sağ olsunlar”, - deyə Pərviz Qasımov vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Pərviz Qasımov Bakıda keçirilmiş bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu. O eyni zamanda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

Qeyd edək ki, bodibildinq yarışında ölkəmizi təmsil edənlər arasında Rauf Əliyev də yer alıb. İdmançımız I yeri qazanaraq Avropa və Overall çempionu olub.

Zərintac Mayisqızı
Missiya.Az




  • 7-05-2024, 11:05