AZ   |   RU
Ötən sutka 18 yanğına çıxış olub, 6 nəfər xilas edilib - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.


FHN-in Mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.


Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 6 nəfər, o cümlədən qəza zamanı nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.



  • 7-05-2024, 10:53