AZ   |   RU

Türkiyə əsgəri İraqda həlak olub


Türkiyə Silahlı Qüvvələrinin əsgəri İraqın şimalındakı Avaşin bölgəsində şəhid olub.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Avaşındə bu gün baş verən partlayış nəticəsində ağır yaralanan əsgər Ümit Solak xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik bununla bağlı başsağlığı verib.



Baxış sayı: 58
  • 17-09-2021, 21:37