AZ   |   RU
“Türkiyəni hədəf alan kampaniyalar çoxalıb” - Ərdoğan

“Təsadüfi deyil ki, son zamanlar bizi və ölkəmizi hədəf alan kampaniyalar çoxalıb”.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Demokratlar İttifaqının Bacarıqların Gücləndirilməsi və Təlim Seminarı iştirakçılarına müraciəti zamanı deyib.

 

O, bildirib ki, bu kampaniyaların bir məqsədi var, o da bizi və Türkiyəni susdurmaqdır.


“Türkiyə təkcə İslam və yad düşmənçilik mövzusunda deyil, həm də 7 aydır davam edən Qəzza böhranı ilə bağlı ağıllı və cəsarətli bir mövqe nümayiş etdirdi”, - deyə siyasətçi vurğulayıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 2-05-2024, 15:52