AZ   |   RU
Rusiya ordusunun Ukraynadakı itkiləri 470 mini keçib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 1030 hərbçisi həlak olub.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 470 min 870 nəfərə yüksəlib.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 20 tank, 20 artilleriya sistemi və 29 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 2-05-2024, 09:47