AZ   |   RU

Qazağın Aşağı Əskipara kəndinə asılan Rusiya bayrağı yığışdırılıb - Kəndlər Azərbaycana qaytarılır?


Rus hərbçiləri tərəfindən Qazağın Ermənistan ordusu tərəfindən işğal olunmuş Aşağı Əskipara kəndində asılan Rusiya bayrağı götürülüb. 

Missiya.Az
xəbər verir ki, bu barədə tanınmış erməni yazar Voskan Sarkisyan məlumat yayıb. 

O bildirib ki, bayraq həmin kəndə 20 gün əvvəl asılmışdı. Voskan Sarkisyanın sözlərinə görə, sakinlər kəntdə Rusiya hərbçilərinin sayının və tərkibinin tez-tez dəyişdiyini deyirlər. 

Sitat: “Rusiya hərbçiləri Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun yaxınlığında yerləşən Tavuş rayonuna 20 gün əvvəl gəliblər. Sakinlər rus hərbçilərin hansı məqsədlə gəldiklərini və hansı funksiyanı yerinə yetirdiklərini bilmədiklərini deyirlər. Onlar yalnız Rusiya hərbçilərinin yaşayış yerlərini yaxşılaşdırmaqla məşğul olduqlarını bildiriblər”, - sitatın sonu.  

Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən Qazaxın işğal altında olan 7, Naxçıvanın isə 1 kəndi Azərbaycana təhvil verilməlidir. Amma Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə prosesi uzadır, üçtərəfli bəyanatın şərtlərinə əməl etmir. Ermənistan mətbuatı yazırdı ki, Rusiya sərhədçilərinin sərhəddə gəlməsi, Ermənistan Müdafiə Nazirliyinin və Rusiya Xarici İşlər Nazirliyinin ziddiyyətli açıqlamaları anklavların Azərbaycana qaytarılması prosesində irəliləyişlərin olduğunu sübut edir. İddia olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq kəndlərin qaytarılması prosesinə start verib.  

Həmçinin bir müddət əvvəl Naxçıvanın Kərki kəndinin boşaldıldığı barədə xəbərlər yayılmışdı. Hətta Ermənistan baş naziri Nikol Paşinyanın kəndin Azərbaycana təhvil verilməsi ilə bağlı sənədə imza atdığı bildirilirdi.  Hələ ki, kəndin Azərbaycan təhvil verilməsi ilə bağlı rəsmi açıqlama yayılmayıb.
 

Elvin
Missiya.Az 


Baxış sayı: 97
  • 17-09-2021, 11:14