AZ   |   RU
Blinken Çini Rusiyanın müdafiə sənayesi bazasına dəstək mövqeyinə görə tənqid edib


ABŞ dövlət katibi Antoni Blinken Çini Rusiyanın müdafiə sənayesinə ikili təyinatlı mallar tədarük etdiyinə görə tənqid edib.

Missiya.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Səudiyyə Ərəbistanında keçirilən Ümumdünya İqtisadi Forumunda deyib.

ABŞ dövlət katibi qeyd edib ki, Çin İran və Şimali Koreya kimi Rusiyaya birbaşa silah, raket və sursat verməsə də, Rusiyanın müdafiə sənayesi bazasına əvəzsiz dəstək göstərir. Bu da Moskvaya sanksiyalar, ixrac nəzarəti və digər tədbirlərdən gələn böyük təzyiqlə mübarizə aparmağa yardımçı olur.

Zərintac Mayisqızı
Missiya.Az




  • 29-04-2024, 15:44