AZ   |   RU
Putinin Ukraynadakı planı iflasa uğrayıb- Blinken

 

Vladimir Putinin Ukraynanı Rusiyaya daxil etmək üçün xəritədən silmək planı iflasa uğradı.

Missiya.Az "The Guardian"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib .

“Ukraynaya gəlincə, biz təkcə Avropada deyil, ondan kənarda da bir çox ölkəni birləşdirə bilmişik, çünki ölkələr təkcə Ukraynaya deyil, həm də beynəlxalq sistemin bəzi fundamental prinsiplərinə qarşı təcavüz olduğunu etiraf edirlər”,-deyə o, Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Blinkenin sözlərinə görə, əgər bu çağırış cəzasız qalarsa, o zaman hər yerdə potensial təcavüzkarlar buna diqqət yetirəcək və dünyamızda daha çox münaqişələr olacaq.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 29-04-2024, 14:53