AZ   |   RU
“Türkiyənin müdafiə qabiliyyətinin qarşısını almalıyıq” - Yunanıstan müdafiə naziri

“Türkiyənin PUA-larının qarşısını almaq üçün zenit raket komplekslərinin və pilotsuz uçuş aparatlarının yaradılması lazımdır”.


Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikos Dendias “Beyond 2024” sərgisində çıxışı zamanı deyib.


O, bunun üçün 2 milyard avronun ayrıldığını bildirib.


Dendias qeyd edib ki, Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri və lokallaşdırma hərəkətləri Yunanıstanın diqqətini cəlb etməkdə davam edir.



Daşqın Həsənov
Missiya.Az



  • 29-04-2024, 10:24