AZ   |   RU
Rusiyada atışma nəticəsində 2 polis ölüb

 

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında yol patrul xidmətinin əməkdaşlarına silahlıların hücumu nəticəsində iki polis həlak olub . 


Missiya.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb .



“Toqquşma nəticəsində Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayətində ezam olunmuş iki polis əməkdaşı həlak olub. Daxili İşlər Nazirliyinin Qaraçay-Çərkəz üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin iki yol polisi əməkdaşı, Qaraçay-Çərkəz Respublikası Milli Qvardiyasının əməkdaşı və Rusiya Daxili İşlər Nazirliyinin Kurqan vilayəti üzrə əməkdaşı yaralanıb. Hücum edən 5 nəfər yerindəcə öldürülüb”, - məlumatda deyilir.


Faktla bağlı cinayət işi açılıb.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 29-04-2024, 10:08