AZ   |   RU
Hindistan silah ixracını artıracaq
 
2023-2024-cü maliyyə ilində 2,5 milyard dollar həddini keçən Hindistanın müdafiə ixracı artmağa hazırlaşır. 


Missiya.Az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Racnath Singh deyib.


Müdafiə naziri onu da qeyd edib ki, bu gün Hindistan 12 milyard dollarlıq müdafiə istehsalı həcminə nail olub.


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatına görə, Hindistan 2023-cü ildə hərbi xərclərə görə dünyada dördüncü yerdə qərarlaşıb, Nyu Dehli isə silahlara 83,6 milyard dollar xərcləyib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 29-04-2024, 09:55