AZ   |   RU
Blinken Səudiyyə Ərəbistanına səfər edib

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib. 


Missiya.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.


Bildirilir ki, siyasətçi Ər-Riyadda Qəzza zolağına çatdırılan humanitar yardımın son vaxtlar artırılmasını müzakirə etməyi planlaşdırır.


Məlumata görə, Blinken həmçinin Körfəz Əməkdaşlıq Şurasında, eləcə də Dünya İqtisadi Forumunun (ÜİF) xüsusi sessiyasında iştirak edəcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • 29-04-2024, 09:43