AZ   |   RU
Tokayevlə Britaniyanın XİN rəhbəri regional məsələləri müzakirə edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronu qəbul edib. 


Missiya.Az xəbər verir ki, bu barədə “NewTimes” məlumat yayıb.


Görüşdə Tokayev Böyük Britaniyanın xarici işlər nazirinin Qazaxıstana səfərinin ikitərəfli münasibətlərin inkişafına əlavə təkan vermək baxımından əhəmiyyətini vurğulayıb.


“Bu gün imzalanmış strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi xüsusilə qeyd etmək istərdim. Əminəm ki, bu hərtərəfli sənəd bizim çoxtərəfli və ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün keyfiyyətcə yeni zəmin yaradacaq”, - deyə Qazaxıstan Prezidenti bildirib.


Kemeron öz növbəsində qeyd edib ki, Böyük Britaniya Qazaxıstanla enerji, təhsil, biznes, mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək, habelə şəxsiyyətlərarası əlaqələri gücləndirmək niyyətindədir.


Məlumata görə, tərəflər həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

 


Daşqın Həsənov
Missiya.Az



  • 25-04-2024, 11:21