AZ   |   RU
Keniyada daşqınlar nəticəsində 32 nəfər ölüb


“Keniyanın təxminən yarısını daşqınlar aparıb, ən azı 32 nəfər ölüb”.

Missiya.Az
 xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ümumilikdə təbii fəlakət nəticəsində 103,500 nəfər yaralanıb və iki nəfər itkin düşüb”.

Xatırladaq ki, Keniyada martın ortalarından bəri güclü yağışlar qeydə alınıb, lakin son bir həftə ərzində leysanlar intensivləşib və geniş daşqınlara səbəb olub. Keniya Qırmızı Xaç Cəmiyyəti martın əvvəlindən bəri 188-dən çox xilasetmə əməliyyatı həyata keçirib.


Zərintac Mayisqızı
Missiya.Az



  • 25-04-2024, 11:02