AZ   |   RU
Türkiyədə İŞİD-lə əlaqəsi olan 23 şübhəli saxlanılıb

 

Türkiyənin 7 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən “Bozdoğan-29” əməliyyatlarında 23 şübhəli saxlanılıb.


Missiya.Az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib.


"Əməliyyatları həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm. Millətimizin duaları sizinlədir. İstəyirəm əziz millətimiz bilsin ki, biz heç bir terrorçuya dözməyəcəyik, son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”,-deyə nazir qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 25-04-2024, 10:26