AZ   |   RU
“İsrail müharibəni bitirmək istəmir” - HƏMAS

“HƏMAS müharibəni indi bitirmək istəyir, lakin İsrail bundan imtina edir”.


Missiya.Az xəbər verir ki, bunu Həmas Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye “Əl-Əqsa” televiziya kanalına verdiyi müsahibəsi zamanı deyib.


İsrailin Qəzzada qırğınlar törətdiyini və qisas almaq üçün xalqı köçə məcbur etdiyini vurğulayan Hayye Əl-Əqsa tufanının siyasi və strateji məqsədlərinə çatdığını bildirib.


“İsrail Əl-Əqsa tufanı ilə sarsıldı və təhlükəsizlik sisteminin çökdü”, - deyə o vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 25-04-2024, 10:24