AZ   |   RU
İsrail rəhbərliyi bu gün əsir mübadiləsinin yeni müddəalarını müzakirə edəcək

İsrail Müharibə Kabineti və Təhlükəsizlik Şurası bu gün HƏMAS ilə əsir mübadiləsi sazişinin yeni müddəalarını müzakirə edəcək.


Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “KAN” televiziyası məlumat yayıb.


Bildirilir ki, toplantıda yeni əsir mübadiləsi sazişinin konturları müəyyənləşdiriləcək, o cümlədən Qəzzadakı vəziyyət və Rəfah şəhərində mümkün hərbi əməliyyat müzakirə olunacaq.


Məlumata görə, bu təşəbbüs İsrail ordusu, Mossad və daxili təhlükəsizlik agentliyi tərəfindən hazırlanıb.



Daşqın Həsənov
Missiya.Az



  • 25-04-2024, 10:03