AZ   |   RU
Vaşinqton Bakı və İrəvan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır - ABŞ Dövlət Departamenti

“ABŞ Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.


“Biz Azərbaycan və Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi tanıması ilə bağlı məlumatı alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülhə doğru atılmış mühüm addımdır”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 25-04-2024, 09:39