AZ   |   RU
Rusiya ordusu Ukraynada daha 1040 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 1040 hərbçisi həlak olub.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 462 min 980 nəfərə yüksəlib.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 13 tank, 28 artilleriya sistemi və 14 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 25-04-2024, 09:26