AZ   |   RU
Ərdoğan bu gün Almaniya prezidenti ilə görüşəcək



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada almaniyalı həmkarı Frank Valter Ştaynmayer ilə görüşəcək.



Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Rabitə Müdirliyi məlumat yayıb.



Bildirilir ki, görüş zamanı tərəflər Yaxın Şərqi, Rusiya-Ukrayna müharibəsini, Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətlərini və regional problemləri müzakirə edəcək. 



Daşqın Həsənov




  • 24-04-2024, 01:35